banner
banner

Dünya

Ərdoğan-Bayden görüşünü ABŞ tərəfi təklif edib

Ərdoğan-Bayden görüşünü ABŞ tərəfi təklif edib

“Ərdoğan-Bayden görüşünün təklifi ABŞ tərəfindən gəlib”.

Cia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə verdiyi müsahibəsində deyib.

“İndi elə görünür ki, görüş Qlazqo şəhərində olacaq. Görüşün tarixi və saatı bəlli olduqda açıqlanacaq”, - deyə M.Çavuşoğlu qeyd edib.

 

Onun sözlərinə görə, o, ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə davamlı olaraq görüşür. Çavuşoğlu Blinkenlə böyük ehtimalla Qlazqoda “G-20”də də görüşəcəklərini əlavə edib. 

Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək “G-20” sammiti zamanı baş tutacağı açıqlanmışdı.

Şotlandiyanın Qlazqo şəhərində isə noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.