banner
banner

Gündəm

Prezidentin postmüharibə dövründəki addımları – RƏY

Prezidentin postmüharibə dövründəki addımları

 

 

2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik, hərbi, siyasi sahədə bir sıra üstünlük qazandıran addımlar atdı.

Postmüharibə dövrünün özünəməxsus riskləri olduğu üçün bu addımlar Azərbaycana lazım idi.

Milli Məclisin deputatı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin siyasətini çox müsbət qiymətləndirir.

 

“Prezident Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını yaratdı. İndi həmin bölgələrdə böyük quruculuq işləri gedir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. İşğaldan azad edilmiş digər ərazilərdə də aeroportlar tikilir”, - deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın yeni layihələrə başlamasına dünya ölkələri müsbət qiymət verir və hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi Azərbaycanın prioritetlərinə daxildir.

Millət vəkili qeyd edib ki, verilən qərarlar, atılan addımlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə ciddi şəkildə diqqət ayırmasının göstəricisidir.

“Artıq işğaldan azad edilmiş ərazilərə xarici investorlar da cəlb olunub. Onlar təklif edir ki, investisiya qoyduqdan sonra məhsullarını həm dünya, həm də Azərbaycan bazarında satsınlar. Beynəlxalq Valyuta Fondu da Azərbaycana yenidənqurma üçün pul ayırmaq niyyətindədir. Bu onun göstəricisidir ki, beynəlxalq maliyyə qurumları Azərbaycana, onun iqtisadiyyatına, manatın məzənnəsinin sabitliyinə inanır”, - deyə R.Quliyev söyləyib.

Deputatın fikrincə, Prezident İlham Əliyevin siyasətini dünya azərbaycanlıları da dəstəkləyir: “Onlar da Azərbaycanın haqq səsinə səs verir. Bu gün ABŞ da, Avropa Birliyi də, Çin də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyir. İnanıram ki, biz qısa bir zamanda işğaldan azad edilmiş ərazilərdə böyük işlər görəcəyik”, - deyə R.Quliyev fikrini yekunlaşdırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.