“Deputatın statusu haqqında” qanun DƏYİŞDİRİLƏ BİLƏR
“Milli Məclisin deputatının statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.
Cia.az xəbər verir ki, layihəyə əsasən deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşir.
Belə ki, deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələbləri pozan şəxslər Mülki, İnzibati və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Qeyd edək ki, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Deputatın icbari sığortası ilə bağlı mübahisələrə inzibati və məhkəmə qaydasında həll edilir.
Layihə təklif edilən dəyişiklik parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.