banner
banner

Sosİal

Bu Məcəlləyə dəyişikliklər TƏKLİF EDİLİR

Bu Məcəlləyə dəyişikliklər

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

 

Cia.az xəbər verir ki, layihəyə yeni 449.1-ci maddə əlavə edilir. Həmin bəndə əsasən pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək. Bu maddədə “az miqdar” ifadəsi dedikdə 500 manatadək olan məbləğ nəzərdə tutulur.

 

Eyni zamanda layihəyə yeni 477-2-ci maddə də əlavə olunur. Həmin maddə dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutur.

 

Layihəyə əsasən, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.

 

Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək.

 

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.