banner
banner

Gündəm

Ərdoğan və Bayden razılığa gəldi

Ərdoğan və Bayden razılığa gəldi

Xəbər verdiyimiz kimi, Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Baydenin görüşü keçirilib.

Cia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası görüşdə müzakirə edilən məsələləri açıqlayıb.

Bildirilib ki, liderlər zirvəsində iki ölkə arasındakı əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması barədə razılığa gəlinib.

 

Müsbət atmosferdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Ərdoğan və Bayden Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirmək üçün müştərək iradə nümayiş etdirəcəklərini bəyan ediblər.

İkitərəfli ticarət həcminin artırılması istiqamətində ortaq perspektiv istiqamətində atılacaq addımların müzakirə edildiyi görüşdə NATO ittifaqı və strateji ortaqlıq mühiti xüsusi vurğulanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.