“Tesla” və “SpaceX”in qurucusu, bu həftə Forbes milyarderləri reytinqində birinci yerdə olan İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib.
Cia.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı fəlakətlərin qarşısını almaq üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırmasından sonra milyarderin cavabı gecikməyib.
“Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard dolların dünyadakı aclıq problemini necə həll edəcəyini izah edə bilsə, mən indi “Tesla” səhmlərini satmağa və onu həll etməyə hazıram. Ancaq maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - deyə Mask Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, CNN kanalının məlumatına görə, insanları aclıqdan xilas etmək üçün Maskın sərvətinin (təxminən 289 milyard dollar) cəmi 2%-i lazımdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.