banner
banner

İdman

Məmmədyarov 11-ci, Rəcəbov 13-cü yerdə qərarlaşıb

Məmmədyarov 11-ci, Rəcəbov 13-cü yerdə qərarlaşıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Cia.az xəbər verir ki, dünya reytinqində ilk onluqda şahmatçılarımız yer almayıb. Belə ki, təmsilçimiz Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Teymur Rəcəbov isə bir pillə geriləyərək 2763 xalla 13-cü sırada qərarlaşıb.

İlk yüzlükdə isə daha 2 şahmatçımız qərarlaşıb. Belə ki, Rauf Məmmədov (2673 xal) 61-ci, Qədir Hüseynov (2664 xal) isə 74-cü pillədə yer alıblar.

 

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2855 xal) başçılıq edir. Çinli Liren Dinq (2799 xal) ikinci, ABŞ təmsilçisi Fabiano Karuana (2791 xal) isə üçüncü pillədədirlər.

Qadınların reytinq cədvəlində ilk yüzlükdə Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 2459 xalla 25-ci, Gülnar Məmmədova (2395 xal) 64-cü, Xanım Balacayeva (2369 xal) 91-ci mövqedə qərarlaşıblar.

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2604 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.