banner
banner

Dünya

Ərdoğan: “Türk Şurasına müşahidəçi statusu ilə üzv olmaq istəyən ölkələrin sayı artır”

Ərdoğan: “Türk Şurasına müşahidəçi statusu ilə

“Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda vətəndaşlarının haqq və maraqlarını qoruyur, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliyini gücləndirir. Xüsusən son illərdə şahidi olduğumuz hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını təkmilləşdirməyin bizim üçün ehtiyacdan daha çox bir məcburiyyət olduğunu göstərib”.

Cia.az-ın  “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorlarının Bakıda keçirilən ilk iclasının iştirakçılarına videomüraciətində deyib.

12 il əvvəl yaradılan Türk Şurasının birlik və bərabərliyin simvollarından biri olduğunu vurğulayan Ərdoğanın sözlərinə görə, bu müddət ərzində qlobal miqyasda təşkilatın etibarı getdikcə yüksəlir.

O qeyd edib ki, Türk Şurası regional əməkdaşlıq formatından çıxaraq beynəlxalq təşkilata çevrilib: “Türk Şurası ilə əməkdaşlıq etmək və təşkilata müşahidəçi statusu ilə üzv olmaq niyyətində olan ölkələrin sayı gündən-günə artır”.

Türkiyə dövlət başçısı, bu yaxınlarda İstanbulda Türk Şurası Media Forumunun keçirildiyini də xatırladıb: “Forum çərçivəsində aparılan müzakirələrdə güclü və zəif tərəflərimizi təsbit etmək imkanını tapdıq. Ölkələrimizi hədəf seçən dezinformasiya kampaniyaları ilə mübarizədə aidiyyəti qurumlarımızın fəaliyyətini artıracaq kritik qərarlar qəbul etdik”.

Ərdoğan Media Forumdan dərhal sonra bu gün Bakıda təşkilatın Baş Prokurorlar Şurasının keçirilməsinin qürurverici olduğunu bəyan edib. O əlavə edib ki, terrorizm, qanunsuz miqrasiya, transmilli cinayətlər kimi dövlətləri və onların vətəndaşlarına qarşı təhdidlərin artdığı bir vaxtda Baş prokurorların yeni dialoq platformaları yaratmasına böyük əhəmiyyət verirlər: “Baş prokurorlar arasında təcrübə və məlumat mübadiləsini artıracaq, əməkdaşlığı daha təsirli vəziyyətə gətirəcək bu tarixi addımın bizi hədəflərimizə daha da yaxınlaşdıracağına inanırıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.