Saakaşvili: "Həbsdən çıxsam, sizə söz verirəm ki...
Mixail Saakaşvilinin sözlərinə görə, gürcü xalqı demək olar ki, hər şəhərdə seçkilərdə qalib gəlib, ona görə də “İvanişvilinin bandası” onların çoxluğundan və küçələrə çıxmasından qorxur.
Cia.az xəbər verir ki, sabiq prezident növbəti məktubunu paylaşıb.
Mixail Saakaşvilinin sözlərinə görə, indi qələbənin resepti çoxluqda və yorulmamaqdadır.
Saakaşvili söz verib ki, o, həbsdən çıxsa, iki həftə ərzində növbədənkənar parlament seçkiləri təyin olunacaq.
“Gürcü xalqı, demək olar ki, hər bir şəhərdə bu seçkilərdə qalib gəldi, gürcü xalqı qalib, İvanişvili isə uduzan tərəfdir. Əvvəllər deyirdilər ki, gəlməyin nə mənası var, onsuz da qazana bilməyəcəksiniz, sonra qazananda, qalib gəldiyimiz bülletenləri ləğv etdilər və indi inandırırlar ki, küçəyə çıxmağın nə mənası var, onsuz da heç bir şey olmayacaq.
Lakin İvanişvilinin dəstəsi bizim çoxluğumuzdan, dəfələrlə küçələrə çıxmağımızdan qorxur. Dünyada bundan qorxmayan diktator yoxdur və bu diktator pulu əsasən qərb banklarında olduğu üçün xüsusilə zəifdir. Qərb seçki pozuntularını tamamilə qeydə aldı və indi biz küçələrə nə qədər çox çıxsaq, bizi daha çox dəstəkləyəcək. ATƏT müşahidəçilərinin rəhbəri dedi ki, “biz hər şeyi dedik və indi hər şey gürcü xalqından asılıdır”.
Artıq Nika Melia kimi liderlər, həmçinin cəsur liderlər, regional liderlər və müxtəlif partiyalar bayıra çıxıblar, o cümlədən gənc nəsil çox ağıllı və mübarizdir.
Mən sizə söz verirəm ki, həbsdən çıxdıqdan 10 gün ərzində növbədənkənar seçkilərin təyin olunmasına nail olacağıq. İndi bizim geniş ictimai birliyə ehtiyacımız var, hər bir insan böyük əhəmiyyət kəsb edir və qızıla bərabərdir. Bizim gücümüz indi birlikdədir, qələbənin resepti isə çoxluqda və yorulmamaqdadır”, - Mixail Saakaşvili müraciətində deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.