İŞİD yaraqlıları Suriyanın Kobani şəhərindən geri çəkilməyə başlayıb.
AzNews.az xəbər verir ki, 150 kürd peşmərgə ilə Azad Suriya Ordusunun 200 yaraqlısının YPG-yə dəstək verməsindən sonra Kobaniyə nəzarət kürdlərin əlinə keçib.
Artıq Kobani şəhərində İŞİD yaraqlılarının küçə-küçə geri oturdulduğu deyilir. Hətta, Kobaninin ətrafında olan 10 kənddən də terror qrupunun üzvlərinin kənara çıxdığı bildirilir.
Uzun müddətdir ki, Kobanini ələ keçirmək üçün davamlı hücumlar edən İŞİD-in mövqeləri dünən gecə ABŞ-ın liderliyində olan koalisiyanın döyüş təyyarələri tərəfindən vurulub.
Bu zaman ən azından 24 İŞİD üzvünün öldürüldüyü, çox sayda cihadçının isə yaralandığını açıqlanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.