banner
banner

Şou

Tanınmış fotoqrafı dələduzluqda ittiham etdilər, belə cavab verdi

Tanınmış fotoqrafı dələduzluqda ittiham etdilər, belə cavab verdi

Tanınmış fotoqraf Zeynal Məmmədli dələduzluqda ittiham edilib. 

Cia.az xəbər verir ki, bu barədə onun müştərilərindən biri, bloqer Ülkər Ağayeva sosial şəkəbə hesabında şikayət edib. O, fotoqrafla olan vatsap yazışmalarını paylaşıb, Z. Məmmədlinin onun ismarışlarını cavabsız qoyduğunu bildirib. Ü. Ağayevanın sözlərinə görə, fotoqrafın komandası ondan toy və xına çəkilişi üçün 5 min AZN pul alıb, lakin fotolarını və toy diskini vaxtında təhvil verməyib.

Paylaşıma digər bloqer Nagehan Abdullayeva da şərh yazıb və başqa bir ittihamla çıxış edib. O, Z. Məmmədlinin özünə və bloqer Elmira Namazovanın anasına pul “atdığını” yazıb: “1 500 də mənə borcludur, yazdıq, axtardıq, cavab yox. O qədər ölkə gəzir, 5 minə toy çəkib, pulu yoxdur?!”

Z. Məmmədli də ittihamlara sosial şəbəkə üzərindən cavab verib: “Bu, qara PR-dır, nədir, bilmirəm. Məni tanıyan hər kəs bilir ki, heç kəsi aldatmamışam. Mən hələ də bu yazılanlara gülərək susuram. İnşallah, tezliklə haqqımda “dələduz” sözünü yazan və yazdıran insanlar məhkəmə qarşısında cavab verdikdən sonra yəqin ki, o “dələduz” sözü “dələduz profil” və “dələduz cütlük” sözləri ilə əvəz olunacaq!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.