“Kamboca Xalq Partiyası adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan davamlı şəkildə inkişaf edəcək, qarşıdakı illərdə qonşu ölkələrlə dayanıqlı sülh əsasında yaxşı əməkdaşlıq əlaqələrinə malik olacaq.
Mən Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında xüsusilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Mərkəzçi Demokrat İnternasionalı (CDI) çərçivəsində uzunmüddətli əlaqələrdən, eləcə də ölkələrimizin hökumətlərinin son zamanlar davamlı olaraq inkişaf edən yaxın əməkdaşlığından məmnunam.
İnanıram ki, qarşılıqlı səylərimiz sayəsində partiyalarımız və ölkələrimiz arasındakı dostluq, faydalı əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı, habelə regionumuzda və onun hüdudlarından kənarda sülh və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.
Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı, möhkəm cansağlığı və nəcib işlərinizdə böyük uğurlar arzularımı qəbul edin”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.