Məşhur serialdakı rüşvət səhnəsi qalmaqala səbəb oldu
Türkiyə Torpaq Qeydiyyatı və Kadastr Baş İdarəsi (TKGM) “Kanal D” telekanalına yayımlanan “Sadakatsiz” serialındakı rüşvət səhnəsinə görə Radio və Televiziya Ali Şurası (RTÜK) müraciət edib.
Cia.az“Cumhuriyet”ə istinadən xəbər verir ki, şikayətdə bildirilib ki, serialdakı səhnədə kadastr işçisinin rüşvət alması göstərilməklə qurum ictimaiyyət qarşısında alçaldılıb. Qurum tvitterdə etdiyi açıqlamada sözügedən səhnəni əslə qəbul etmədiyini və şiddətlə qınadığını yazıb.
“Bayındır Memur-Sen” Həmkarlar İttifaqı isə bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Qeyd edək ki, sözügedən səhnə serialın noyabrın 3-də efirə gedən 37-ci bölümündə nümayiş etdirilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.