banner
banner

İdman

Azərbaycanın 9 cüdoçusu “Böyük dəbilqə”də mübarizəyə başlayır

Azərbaycanın 9 cüdoçusu “Böyük dəbilqə”də mübarizəyə başlayır

Bakıda cüdo üzrə keçirilən "Böyük dəbilqə" turnirinin son günündə - noyabrın 7-də Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayır.

Cia.az xəbər verir ki, bu gün 90 kiloqram çəki dərəcəsində Rüfət İsmayılov böyük britaniyalı Jamal Petqrave ilə on altıdabir finalda, Vüqar Talıbov serbiyalı Nemanya Maydov (Serbiya), Məmmədəli Mehdiyev Tengiz Batsayxan (Monqolustan) -Con Jayne (ABŞ) cütünün qalibi ilə səkkizdəbir finalda qarşılaşacaqlar.

Səkkizdəbir finalda 100 kiloqram çəki dərəcəsində Adil Kərimli kanadalı Yan Rayder, Kənan Abdullaxanlı gürcüstanlı Onise Seneblidze, Ruslan Nəsirli xorvatiyalı Zlatko Kumriç ilə üz-üzə gələcəklər.

 

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə səkkizdəbir finalda Hüseyn Məmmədov braziliyalı Tyaqo Palmini, dörddəbir finalda Uşangi Kokauri komandamızın üzvü Camal Feyziyev - Tatsuru Sayto (Yaponiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirində iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.