banner
banner

Sosİal

Metro istifadəçilərini bu xəbər çox- sevindirəcək

Metro istifadəçilərini bu xəbər çox-

Bakı Metropoliteninin “28 May” stansiyası sərnişinlərinin gözlədiyi an gəlib çatdı. 
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, çoxdandır gözlənilən “28 may” metronunun əsas girişi açılaraq istifadəyə verilib. 
Bundan əvvəl verilən açıqlamalarda yaranmış texniki problemlərlə əlaqədar girişin istismarının yubana biləcəyi vurğulanırdı. Sərnişinlər isə bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edirdilər.
Qeyd edək ki, “28 may” metro stansiyası 2013-cü il iyul ayının 1-dən “2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılan tikinti işləri ilə əlaqədar təmirə bağlanmışdı.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.