Gürcüstanda dekabrın 1-dən etibarən bəzi ictimai yerlərə giriş “yaşıl pasport”la mümkün olacaq.
Cia.az gürcü mediasına istinadən xəbər verir ki, yeni qərar 18 yaşından yuxarı şəxslərə və turistlərə şamil olunacaq.
Koronavirusa yoluxub sağalan, 72 saat ərzində PCR testi verən, iki doza vaksinasiyası olan şəxslər haqqında məlumatları özündə birləşdirən “yaşıl pasport”la daxil olmağa icazə verilən yerlərin siyahısı isə belədir:
iaşə obyektləri restoranlar açıq və qapalı yerlərdə kafe və barlar kinoteatrlar teatrlar opera muzeylər konsert zalları əyləncə mərkəzləri kazinolar və əyləncə obyektləri spa mərkəzləri fitnes otaqları otellər dağ kurortlarında kanat avtomobilləri.
“Yaşıl pasport”u ədliyyədən əldə etmək, yaxud xüsusi proqram vasitəsilə QR-kodu smartfona yükləmək olar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.