Ağrıdağa Azərbaycan və Türkiyə bayraqları sancıldı -Video
Alpinist İsrafil Aşurlu Azərbaycanın Vətən Müharibəsində qələbəsi şərəfinə Rinat Rəhimxanovla birlikdə Ağrıdağ dağına çıxaraq Azərbaycanın və Türkiyənin xüsusi bayraqlarını sancıb.
Cia.az“Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, İsrafil açıqlamasında deyib:
“Bütün Azərbaycan və azərbaycanlılar üçün yaddaqalan tarixi - Qarabağ müharibəsində parlaq Qələbəmiz olan 8 noyabrı ən yaxşı şəkildə necə qeyd edə biləcəyimi düşünərək bir sıra yüksəlişlər etmək qərarına gəldim. Türkiyənin ən yüksək zirvəsi – Ağrıdağdan başladım. Daha sonra Azərbaycana qayıdıb daha iki yüksəliş edəcəyik”.
İ.Aşurlu bildirib ki, zirvəyə sancmaq üçün götürdüyü bayraqlar öz xüsusiliyi ilə seçilir:
“Özümlə iki əfsanəvi bayraq götürdüm. Dövlət Bayraq Muzeyində saxlanılan Azərbaycan bayrağı - onu bütün qitələrdə, Everestdə və Yerin digər yüksək zirvələrində, Şimal və Cənub qütbləri üzərində qaldırmışam. Bu bayrağı muzeydən məhz bu ekspedisiya üçün götürmüşəm. Biri də 1922-ci ildə hazırlanmış, əl işi olan və bu il mənə hədiyyə edilən Türkiyə bayrağı. Bu gün Türkiyə vaxtı ilə saat 12-də bu iki bayrağı Türkiyənin ən yüksək zirvəsinə qaldırmaq şərəfinə nail oldum”.
Onun sözlərinə görə, yüksəliş asan olmayıb:
“İndi mövsümlərarası fasilədir, hava çox yaxşı deyil, külək çox güclüdür, marşrutda çoxlu qar və buz var. Yay mövsümündən kəskin fərqə görə qalxma ciddi alpinizm bacarığı tələb edir. Renatla mən bu zirvəni birlikdə fəth etdik və onu doğma ölkəmizə və böyük Qələbəmizə həsr etdik”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.