Nigar ilk dəfə hərbçi həyat yoldaşının fotosunu paylaşdı
Əməkdar artist Nigar Qaragözova (Şabanova) ilk dəfə hərbçi həyat yoldaşı, XTQ giziri Xəyyam Qaragözovla foto paylaşıb.
Cia.az xəbər verir ki, fotonu instaqram hesabında yerləşdirən sənətçi həyat yoldaşı başda olmaqla, bütün hərbçiləri Zəfər Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, cütlük bir müddət əvvəl nikaha girib. Xəyyam Nigara evlilik təklifini bu ilin yanvarında “Həmin Zaur” proqramında etmişdi.
N. Şabanova 2019-cu ildə Nəfisə adlı qızı övladlığa götürüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.