banner
banner

Dünya

Peruda bir həftədə ikinci nazir istefası

Peruda bir həftədə ikinci nazir istefası

Perunun müdafiə naziri Valter Edison Ayala Qonsales istefa verdiyini açıqlayıb.

Cia.az TASS-a istinadən xəbər verir ki, o, son bir həftədə vəzifəsini tərk edən ikinci nazir olub.

“Vəzifəmi respublika Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına təhvil verirəm, ölkəmə təşəkkür edirəm və ölkə qarşısında borcumu yerinə yetirirəm”, - deyə o, tviterdə yazıb.

 

Yerli “El Comercio” qəzeti yazır ki, müdafiə nazirinin postu tərk etməsi bir sıra yüksək rütbəli hərbçilərin şikayətlərindən sonra baş verib. Guya ölkə Prezidenti Pedro Kastilyoya yaxın olan şəxslər xidmətdə irəliləmələri məqsədilə hərbçilərə təzyiq edib. 

Qeyd edək ki, noyabrın 2-də Perunun daxili işlər naziri Luis Baraansuela istefa verib. O, pandemiya dövründə tətbiq edilmiş qadağanı pozaraq parti təşkil etməkdə ittiham olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.