Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-12-də Fransada səfərdə olacaq. “Report” “Aysor”a isinadən xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
O, YUNESCO-nun Baş konfransının Parisdə keçiriləcək 41-ci sessiyasında iştirak edəcək.
A.Mirozyan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, Ermənistan XİN-in başçısı 4-cü Paris Sülh konfransının açılış mərasimində də iştirak edəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.