Amerikalı sahibkar İlon Mask iki günə 50 milyard dollardan çox vəsait itirib.
Cia.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Maska məxsus “Tesla” şirkətinin səhmlərinin ucuzlaşması olub.
Şirkətin səhmləri isə Maskın tviter istifadəçilərinə “Tesla” şirkəti ilə bağlı sual verməsindən sonra ucuzlaşıb. Belə ki, Mask istifadəçilərə “Tesla” şirkətində sahib olduğu 10%-ə çatan payını satıb-satmaması ilə bağlı sual ünvanlayıb.
Bunun ardınca Nyu-Yorkda hərracların sonunda “Tesla” şirkətinin səhmlərinin dəyəri 16%-dən çox ucuzlaşıb.
Bu isə öz növbəsində, İlon Maskın sərvətinə də təsir edib və planetin ən varlı insanı iki gün ərzində 50 milyard dollardan çox vəsait itirib.
Bununla yanaşı qeyd etmək lazımdır ki, “Bloomberg” agentliyi noyabrın 8-i İlon Maskın sərvətini 323 milyard dollar olaraq qiymətləndirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.