Müğənni Röya Ayxan yeni klip çəkdirir. Ekran işi “Bakı-2015” Avropa Oyunlarına həsr olunub. İfaçı bu haqda sosial şəbəkədə yazıb. O, ekran işində sevənlərini də çəkəcəyini söyləyib: “Bu xəbər Azərbaycanı və məni sevənlər üçündür: Avropa Oyunları ilə bağlı klip çəkirik. Qələbəyə az gün qalıb deyib, bu addımı atırıq. Yanımda yer alsanız, klipi bir yerdə canlandırsaq xoşbəxt olaram. Mənimlə bir klipdə oynamağa hazırsınız?”. Qeyd edək ki, mahnının söz və musiqisi Muxtar Abseynova məxsusdur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.