Bu günlərdə ABŞ-ın “People” jurnalı hər il olduğu kimi, bu il də “İlin ən seksual kişisi”ni (Sexiest Man Alive)seçib.
Cia.az xəbər verir ki, 2021-ci ildə titulun sahibi amerikalı aktyor, ssenarist və prodüser Pol Radd olub. O, “Marvel” kinematoqrafiya kainatında yaratdığı Qarışqa-insan rolu sayəsinə dünya şöhrəti və uğur qazanıb.
“Çox gözəl başa düşürəm ki, insanlar mənim seçildiyimi bilib təəccüblənəcəklər. Bu, yalandan təvazökarlıq deyil. Sadəcə bu titulu məndən daha tez almağa layiq olan çox insan var”, - P. Radd “People”a müsahibəsində deyib.
Qeyd edək ki, ayrı-ayrı illərdə bu titula Corc Kluni və Bred Pitt iki dəfə layiq görülüb. 2016-cı ildə mükafatın laureatı Dueyn Skala Conson, 2017-ci ildə Bleyk Şelton, 2018-ci ildə İdris Elba, 2019-cu ildə Con Ledcend, 2020-ci ildə isə Maykl B. Cordan olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.