Nataliya Oreyro and içdi və Rusiya pasportunu aldı - VİDEO
Argentina istehsalı olan “Vəhşi mələk” serialındakı baş rolu sayəsində dünya şöhrəti qazanmış uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro Rusiya Federasiyasının vətəndaşı kimi and içib və ölkənin pasportunu alıb.
Cia.az “Birinci kanal”a istinadən xəbər verir ki, təntənəli mərasim noyabrın 10-da Rusiyanın Buenos-Ayresdəki səfirliyində keçirilib.
Oreyro andiçmə mətnini rus dilində oxuyub: “Mən, Oreyro İqlesias Nataliya Marisa könüllü və şüurlu şəkildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edirəm, Rusiyaya sadiq olacağıma, onun mədəniyyəti, tarixi və ənənələrinə hörmət edəcəyimə and içirəm”.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Nataliya Oreyroya vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.