“Müğənnilər düz edib başqasının ailəsinə sahib çıxır”
Əməkdar artist Nigar Şabanova instaqram hesabında həyat yoldaşının fotosunu silməsi və soyadını dəyişməsi barədə danışıb.
Cia.az olay-a istinadən xəbər verir ki, xanəndə bildirib ki, bu, texniki problemlə əlaqəlidir:
"Mən onun fotosunu profilimdə çox saxlamıram. Pis şərhlər yazırlar, ona görə silirəm. İnstaqramda soyadmı dəyişmişəm, texniki problem yaranır, yenidən əvvəlki kimi olur. Dünən bir neçə dəqiqə "Şabanova" kimi yazıldı. Mənim xəbərim yox idi. Dəfələrlə belə olub. Niyə bizi gözdən salırlar? Nə etmişik? Kiminsə ailəsini dağıdıb, ərinə getmişəm? Halal ailəmdir. Bəzi müğənnilər düz edir ki, kiminsə ailəsinə sahib çıxırlar. Onda yaxşı kimi qəbul edilirlər. Həm onun işi, həm də pis şərhlərlə əlaqədar fotosunu sildim. O belə şeyə öyrəşməyib, ona görə deyir ki, sil. Mən də söyləyirəm ki, mən silməklə deyil, başqa səhifələrdə qalıb".
Qeyd edək ki, xanəndə ötən gün həyat yoldaşı Xəyyam Qaragözovla fotosunu silmiş, soyadını dəyişmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.