Diaspor nümayəndələrinin Şuşa səfəri zamanı Cıdır düzündə dalğalandırılmış böyük ölçülü bayraq Dubay şəhərinin mərkəzində açılıb.
Bu barədə Cia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, daha sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlıların iştirakı ilə “Zəfər Görüşü” adlı tədbir keçirilib.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının və diaspor fəallarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadlətli Azərbaycan Ordusunun qazandığı Qələbənin bir illiyi münasibətilə Komitə sədri Fuad Muradovun tədbir iştirakçılarına təbrikini çatdırıb.
44 günlük Vətən müharibəsi zamanı xaricdəki Azərbaycan diasporunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiriciləri çıxış edərək harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyinin, onların təşkilatlanması prosesinin əhəmiyyətinə toxunublar.
Birləşmiş Ərəb Əmirliklərinin Prezident Məsələləri Nazirliyinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Seyyid Əli bin əl-Sayid Əbdül Rəhman əl-Haşim bu gözəl gün münasibətilə Azərbaycan xalqını təbrik edib, sülh və əmin-amanlıq arzu edib. BƏƏ rəsmisi Prezident İlham Əliyevin İslam və Ərəb ölkələri ilə əlaqələrin inkişafına daim diqqət ayırdığını, iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini bildirib.
Tədbirə Türkiyə, Misir, Mərakeş, İordaniya, Almaniya, Böyük Britaniya, ABŞ və Özbəkistandan gələn qonaqlar da qatılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.