Müğənni Rəhim Rəhimli “Gündəlik” verilişində qonaq olub.
Sənətçi hər müğənni ilə efirdə yan-yana görünmək istəmədiyini bildirib: “Məndən soruşdular ki, kiminlə verilişdə olmaq istəyirsiniz? Ancaq Lətifə Soyuözü dedim. Dünyanın çox ölkəsini gəzmişəm. Azərbaycan şou-biznesində hamı paxıldır. Buradakı kimi dedi-qodu heç yerdə yoxdur. Birinin uğurlu mahnısı çıxanda heç kim zəng vurub təbrik etmir”. Bu sözlərdən sonra aparıcı Mətanət Əliverdiyeva ağzına su alaraq, Rəhim Rəhimlinin üstünə tüpürüb. Sənətçi isə aparıcını qucağına götürüb studiyadan çıxarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.