banner
banner

Sosİal

Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Cia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

zərbaycanın rayonlarında

Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.