Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi neftin qiymətindən danışıb. Ərəb nazir neft qiymətlərinin taleyi haqqında maraqlı açıqlama verib. O bildirib ki, heç kimi neft qiymətlərini təyin edə bilməz: "Neft qiymətlərinin taleyi Allahın əlindədir. Sanksiyaların ləğvindən sonra İranın bazara daxil olması bizi narahat etmir. İranın bazara daxil olması qiymətləri daha da aşağı salacaq", - deyə neft və minerallar naziri Əli Əl Naimi söyləyib. Səudiyyə Ərəbistanı Krallığının rəsmisi İranın neft istehsalını artırmaq istəyinin onu narahat etmədiyini bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.