“Nikah yoxdursa, atalıq müəyyən etmə sənədi yoxdursa, atanın tapılması və ya aliment iddiası qaldırıla bilmir”.
Bu barədə “Sosial saat”ın efirində ünvanlı dövlət sosial yardım mövzusunda sualları cavablandıran Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov danışıb.
O bildirib ki, əgər atalıq sənədi varsa, iddia qaldırıla bilər:
“Nikah olmayıbsa, ata öz uşaqlarına atalıq hüququ verməyibsə, aliment tələbi qaldırılması bizim tərəfimizdən tələb edilmir. Amma atalıq sənədi varsa, ata öz övladlarının yaşayışını təmin etməlidir. Ana da bu vəziyyətdə aliment iddiasını qaldıra bilər”
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.