banner
banner

Hərbİ

Hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunması təklif edilir

Hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunması təklif edilir

“Yeni hazırlanan “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi Silahlı Qüvvələrin bütün növlərini əhatə edir”. 

Cia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. 

O bildirib ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Döyüşdə iştirak edənlərə 2-3 qat artıq pul verilməsi yeni qanun layihəsində təklif edilir. Ən azından icbari tibbi sığorta və digər ödənişlər sığortaedən tərəfindən ödəniləcək. 

 

Eyni zamanda, hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunmaları məsələsi də layihədə yer alıb. Ümid edirik ki, bu layihənin maliyyə mexanizmləri tapılacaq və layihə müzakirə olunacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.