Teleaparıcı Mətanət Əliverdiyevanın "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə tüpürməsi və Rəhimin onu qucağına alaraq verilişdən çıxarması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, şəbəkə istifadəçiləri Mətanətin bu hərəkətinin yanlış və efir üçün yolverilməz olduğunu bildiriblər.
Məsələ ilə bağlı Rəhim Rəhimlinin köməkçisi Şahin Qurbanov açıqlama verib. Müğənninin köməkçisi bildirib ki, Mətanət və Rəhim bu hərəkəti şou üçün ediblər: "Onlar 15 illik ailə dostu, bacı-qardaşdılar. Zarafat idi, elədilər, burada problem olunacaq, şişirdiləcək durum yoxdur. Onlar hər verilişdən əvvəl görüşürlər. Yəqin ki, elə həmin görüşdə də belə bir hərəkət etməyi qərara alıblar. Şou xarakterli addım, düşünülmüş zarafatdır. Belə məsələ onların arasında problem yarada bilməz. Sosial şəbəkələrdə olan müzakirələr isə yazanların şəxsi fikirləridir. Hərə öz mədəniyyətini, öz insanlığını göstərir". Tanınmış teletənqidçi Qulu Məhərrəmli isə efirimizdə etikadankənar, ictimai davranışa zidd olan bu cür hərəkətlər görəndə təəssüfləndiyini bildirib: "Bunların hamısı məzmunsuzluğu ört-basdır etməyə xidmət edir. Əgər kimsə başqa istedadı ilə fərqlənə, verilişi maraqlı edə bilmirsə, sözsüz ki, bu cür variantlara əl atır. Təəssüflər olsun ki, bu təkcə Mətanətin verilişində belə deyil. Bunları qəbul etmək mümkünsüzdür. Belə hallar artır, adiləşirsə, o zaman camaat hamısı ictimai yerdə ağızlarına su alıb kiminsə üzünə sıçrada bilərlər. Çünki televiziya müəyyən mənada dəbdir. Bu kimi halların təkrar olunması pis insident yaradır".
Teletənqidçi bildirib ki, çıxış yolunu belə hərəkətlərə yol verilməməsində görür: "Elə hərəkətlər seçmək lazımdır ki, bu, tamaşaçını qıcıqlandırmasın. Bunlara baxanlar, təsirinə düşənlər var. Çox üzülürəm ki, bu tip verilişlərin auditoriyası genişlənir, bu cür adamların sayı artır. Belə verilişlər öz böyük auditoriyalarını yaratmağa nail olur. Lap tutaq ki, bu kimi proqramlar aşağızövqlü auditoriyaya hesablanır, amma, bunun da bir ölçüsü olmalıdır. Bütün hallarda ölçüləri keçmək televiziya üçün yolverilməzdir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.