banner
banner

Gündəm

Leysan yağış yağacaq- DİQQƏT

Leysan yağış yağacaq-

Azərbaycanda yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cia.az-a bildiriblər ki, mayın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda 2-6, gündüz 7-12 dərəcə isti gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.