banner
banner

Gündəm

Putin bir zənglə İsraili geri oturtdu

Putin bir zənglə İsraili geri oturtdu

İsrail pilotsuz təyyarələrin Ukraynaya satışını ləğv edib.
Bloomberg agentliyi İsraildəki mənbələrinə istinadən xəbər verir ki, Ukraynaya silahın satılması ilə bağlı saziş Rusiya prezidenti Vladimir Putinin İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra ləğv olunub.
Baş nazir Netanyahu, İsrail Müdafiə Nazirliyi və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbərə şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, Putin bildirmişdi ki, İsrail hökumətinin Ukraynaya silah gondərməsi bu ölkənin daxili işidir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalamışdı. Bundan sonra İsrail qərar vermişdi ki, Ukraynaya silah göndərəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.