Mətanət: "Tüpürməmişəm, soyuq duş etmişəm" - Video
Teleaparıcı Mətanət Əliverdiyeva "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə "tüpürməsi"nə münasibət bildirib. Proqramın bugünkü buraxılışında o, əslində Rəhimə tüpürmədiyini, "təmiz su ilə soyuq duş" etdiyini deyib: "Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb qatışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bu gün də bütün saytlar yazıb ki, "Mətanət tüpürdü". Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, "Mətanət öpüşdü"?Mən şounu anlamayan adamlara gülürəm. Rəhimi 80-ci illərin sonundan tanıyıram. Rəhim mənim dostumdur, hər adamla o zarafatı etmirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.