banner
banner

Gündəm

Bu yollarda hərəkət məhdudlaşdırılacaq- SİYAHI

Bu yollarda hərəkət məhdudlaşdırılacaq-

Sabah Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Cia.az-ın Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhərində:

Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə) saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində) saat 10:30-dan 11:10-dək,

Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:

Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə) saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində) saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:

Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində) saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:

Masazır-Novxanı yolu (hər iki istiqamətdə) saat 12:15-dən 12:30-dək,
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:

Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi saat 12:30-dan 14:30-dək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.