Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onların nitqindəki gerilikləri aşkar etməyə imkan verir.
Uşaqlar əsasən 6-cı aydan etibarən səslər çıxarmağa (ma-ma, ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yaş 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:
- Zəka geriliyi
- Eşitmə problemi
- Görmə problemi
- Epilepsiya
- Xroniki depressiya
- Psixoloji səbəblər
Bu dəfə biz psixoloji səbəbləri araşdıracağıq. Uşağımızın gec danışmasına səbəb olan psixoloji səbəblərə diqqət edək:
- Tək qalmaq: çevrəsi məhdud yerdə olan, diqqətdən kənar qalan, onunla çox danışılmayan uşaqlar gec danışır.
- Hədsiz televizor izləmək: xüsusən 0-3 yas arası dövrdə televiziya izləyən uşaqlarda xarici aləmdən təcrid olunma, öz-özü ilə tək qalma, insanlardan və insanlarla söhbətdən uzaqlaşma, çağıranda baxmamaq kimi hallar gec danışmaya səbəb olur.
- Uşağın özünə qapalı olması: xaraktercə özünə qapalı olması və ya hər hansı yaşadığı stresslər nəticəsində yarana bilər.
- Bacı-qardaş qısqanclığı: ona diqqət, qayğı göstərilmədiyini düşünən zaman ortaya çıxır.
- Cinsiyyət fərqi: oğlanlar qızlara nisbətən daha gec danışmağa başlayırlar.
- Ailə faktoru: ailədə iki və daha çox dildə danışma zamanı ortaya çıxır.
Əgər bu halları müşahidə edirsinizsə, deməli, uşağınızda ünsiyyət problemi var. Bu problem olan uşaqlar cəmiyyətə adaptasiya zamanı çətinlik çəkir, bağçada, məktəbdə ciddi problemlər yaşayırlar. Daim özlərinə güvənləri aşağı olur, özlərini ifadə edə bilmir, valideynlərini itirmə qorxusu ilə qarşılaşırlar. Üzərinə düşülmədiyi təqdirdə isə gələcək həyatlarında özlərini tapa bilməyən məqsədsiz bir şəxsiyyət kimi formalaşırlar.
Əziz valideynlər, övladlarınızın gələcəyinə laqeyd yanaşmayın!
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.