banner
banner

Dünya

Rusiyada erməni iş adamı qətlə yetirildi

Rusiyada erməni iş adamı qətlə yetirildi

Rusiyanın Leninqrad vilayətində erməni iş adamı qətlə yetirilib.

Cia.az“RİA Novosti”yə istinadən xəbər verir ki, onun meyiti yol qəzası zamanı avtomobilin yük yerindən yola düşməsi nəticəsində aşkarlanıb. Belə ki, içərisində meyit olan “Mitsubishi Galant” markalı avtomobil qəzaya düşüb.

Qəzadan sonra 50 yaşlı kişiyə məxsus meyit yola düşüb. Hadisə zamanı avtomobildə olan sürücü və iki sərnişin qaçmağa çalışsalar da, polis tərəfindən yaxalanıblar. Öldürülən şəxs 50 yaşlı İrəvan sakini iş adamı Arkadi Kazinyandır.

 Məlumata görə, o, Sankt-Peterburqdakı "Laquna" qaraj kooperativində qətlə yetirilib. “Mitsubishi Galant”dakı şəxslər başı kəsilmiş Arkadini meşəyə basdırmağa aparmaq istəyiblər. Onların avtomobilində bel və kisə aşkarlanıb. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.