banner
banner

Şou

“Bu, həyatımın ən çətin sınağı idi” - Emin

“Bu, həyatımın ən çətin sınağı idi”

Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Yuliya Baranovskayanın “Bıt çelovekom” (“Быть человеком”) layihəsinin qonağı olub.

Cia.az xəbər verir ki, müğənni etiraf edib ki, demək olar, heç vaxt tək qala bilmir - onun həmişə insanlar arasında olmağa ehtiyacı var.

 

“İl yarım əvvəl koronavirus keçirdim və ilk dəfə on gün evdə qaldım. Bu, həyatımın ən çətin sınağı idi, çünki öyrəşməmişəm. Mən nəsə oxudum, hansısa seriallara baxdım, fortepianoda ifa etdim – bir gün ərzində evdə etmək mümkün olan hər şeyi etdim. Sən oturmusan və düşünürsən: necə belə? Niyə mən belə bacarmıram? İnsanlar var ki, əksinə, təklikdə qalmağı sevirlər”, - “Teleproqramma” nəşri Eminin sözlərini sitat gətirir.

Xalq artisti deyib ki, onun təklikdə qala biləcəyini rahatlıq zonası – avtomobilidir. Emin qeyd edib ki, hər zaman özü sükan arxasındadır, son illər mahnı da dinləmir, fikirləri ilə baş-başa qalmaq üçün sakitliyə üstünlük verir.

 

 


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.