Ötən gün Türkiyənin Mersin vilayətində Heydər Əliyev parkı və abidəsinin təntənəli açılışı olub. Mersin vilayətinin Tarsus rayonunda Heydər Əliyev Parkının və onun şərəfinə ucaldılan abidənin açılışı münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can, eləcə də hər iki ölkənin elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr və digər şəxslər iştirak ediblər. “Biz yaradılışdan qardaş olan bir millətik; eyni soydan, eyni boydan gəlirik”, – deyə Tarsus bələdiyyəsinin sədri çıxışında səsləndirib. Mərasimdə iştirak edən nümayəndə heytənin tərkibində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov və jurnalist Vüqar Rəhimzadə yer alıb. Azərbaycanlı nümayəndə heyəti qardaş ölkə nümayəndələri üçün apardıqları müxtəlif hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, Bakının Xətai rayonu ilə Türkiyənin Mersinin Tarsus rayonu 2007-ci ildə qardaşlaşıb.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.