Nyu-Yorkda baş tutan “Met Gala 2015” (“Bal institutunun kostyumları”) bütün iştirakçıların qatıldığı "after party"lər ilə davam edib.
Üç müxtəlif məkanda baş tutan gecədə qonaqların bəziləri fərqli geyimləri ilə görünüblər. ABŞ-lı dizayner Maykl Kors "The Mark Hotel"də hər kəsi müğənni Migelin ifası altında rəqsə dəvət edb. Eyni zamanda barbadoslu müğənni Rihanna öz dostları ilə "Up&Down" klubunda əylənib. Yeri gəlmişkən, Rihanna geyimini dəyişərək transparan (şəffaf) libasda olub. Günün üçüncü partisi isə "Standart Hotel"də bütün ulduzların iştirakı ilə təşkil edilib. Jurnalistlərin sözlərinə görə, məşhurlar o qədər yorğun olublar ki, tədbiri rəqs etmədən başa vurublar. Qonaqlar arasında Madonna, Robert Pattinson, Kerri Vaşinqton, Rozi Hantinqston-Uaytli, Rita Ora,Keti Holms, Con Leqend, Kristi Teyqen, Adriana Lima, Cennifer Lourens, Selena Qomez və digər ulduzlar olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.