banner
banner

Şou

Türkiyə ən çox onu axtardı- FOTOLAR

Türkiyə ən çox onu axtardı-

Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"in(Bu mənim stilim) azərbaycanlı iştirakçısı həftənin ən çox axtarılanı olub. 19 yaşlı Sima Şərafətdinova Türkiyədə "Google"də ən çox axtarılan ad olub. 
Yarışmadakı qalmaqalları ilə məşhur olan Sima hər kəsin marağına səbəb ola bilib. 
Onun adıçəkilən müsabiqədə bir günü olsun belə qalmaqalsız keçmir desək yanılmarıq. Özünü hamıdan gözəl adlandıran Sima bəzi hərəkət və davranışları ilə rəqiblərindən əlavə müsiflər heyətini də qıcıqlandırır. Belə ki, sərt tənqidlərlə üzləşən Sima dəfələrlə efirdə göz yaşı töküb. 

Bir müddət Türkiyəyə gələn azərbaycanlı gözəl qonşu ölkədə kompüter mühəndisliyi üzrə təhsil alır. O, atasının holdinq rəhbəri olduğunu və 6 dil bildiyini deyib. 

15 yaşından etibarən model kimi fəaliyyətə başlayıb və "Azərbaycan gözəli" seçilib. 






Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.