banner
banner

Dünya

Co Bayden tətilə yollanıb

Co Bayden tətilə yollanıb

 

 

ABŞ prezidenti Co Bayden 5 günlük kiçik tətil üçün Massaçusetsə yola düşüb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, dövlət başçısı artıq dəbdəbəli Nantaket kurort adasındadır.

 

Baydenin cədvəlinə görə, həftənin sonuna qədər heç bir ictimai tədbir yoxdur, noyabrın 25-də isə ABŞ-da milli bayram olan Şükranlıq Gününü qeyd edəcək. Bir çox amerikalılar bu vaxtı qohumları ilə keçirmək üçün bayramdan əvvəl və sonra tətil götürürlər.

Ağ Evdə keçirilən brifinqdə prezidentin mətbuat katibi Cen Psakidən inflyasiyanın Şükranlıq Günü süfrələrini bahalaşdırdığı bir dövrdə dövlət başçısının “milyarder” tətili barədə soruşulub.

“İndi siyasəti bir kənara qoymağın, sevdiklərimizlə vaxt keçirməyin və nəyə görə minnətdar olduğumuzu danışmağın vaxtıdır... Prezident harada olur-olsun, işləyəcək”, - Psaki bildirib.

Mənbə: RİA Novosti



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.