Azərbaycanlı müğənni ikinci dəfə gizli evləndi - VİDEO
Bir müddət öncə boşanan müğənni Əbdül Xalid ikinci dəfə evlənib.
İfaçı bu barədə ARB TV-də yayımlanan “Tam vaxtıdır” verilişində danışıb:
“Təklik yaxşı əlamət deyil. Tək qalmaq insanı uçuruma apara bilər. Müəyyən bir vaxt yaxşı olursan, sonra isə məhv olursan. Dörd il tək qaldım. İlk evliliyimdən Mədinə adlı qızım var. Bizə gəlir-gedir. Məndə elə bir şey var ki, keçmişi tez unuduram. Çox şükür yaxşıyam, xoşbəxtəm. Əsas hörmətdir. Sevgi anlamı mənim üçün yoxdur. Amma hörmət, biri-birinə qayğı, diqqət göstərmək hər şeydən üstündür”.
Qeyd edək ki, müğənni ikinci dəfə evliliyini mətbuatdan gizlətmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.