banner
banner

Sosİal

DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

DİN-dən hava ilə bağlı

 

 

Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Cia.az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndilirilmiş rejimdə xidmət aparır:

 

“Sürücülərdən xahiş olunur ki, avtomobil şinlərini qış rejiminin tələblərinə uyğun hazırlasınlar, dumanlı havada müvafiq işıqlardan istifadə edərək şəhər daxilində müəyyən olunmuş hərəkət sürətini aşmasınlar. Piyadalara təhlükəsiz mənzil başına çatmaq üçün yalnız yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etmələri, qarşıdan-qarşıya yalnız piyada keçidləri keçmələri tövsiyə olunur. Dağlıq rayonalara gedəcək sakinlərə isə qarlı hava şəraiti ilə bağlı maksimum diqqətli olmaları məsləhət olunur”.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.