banner
banner

Dünya

Baydendən xərçəngə çevriləcək şiş götürülüb

Baydendən xərçəngə çevriləcək şiş götürülüb

 

 

Bir gün əvvəl 79 yaşı tamam olan ABŞ prezidenti Co Bayden düz bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Bu barədə Ağ Evin həkimi Kevin O'Konnor deyib.

Məlumata görə, formalaşma xərçəngqabağı şiş sayılsa da, xoşxassəli imiş, bu səbəbdən cərrahi müdaxilə tələb olunub.

 

Bənzər adenoma 13 il əvvəl də çıxarılmışdı.

Həkimlərin sözlərinə görə, dövlət başçısının və ali baş komandanın öz vəzifələrini yerinə yetirmək üçün heç bir əks göstərişi yoxdur.

Qeyd edilir ki, ABŞ lideri ümumi anesteziya altında olarkən dövlət işlərinə vitse-prezident Kamala Harris rəhbərlik edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.