Son zamanlar yaşına baxmayaraq gözəlliyi ilə gündəmə gələn və gözəllik sirrinin üstü açılan məşhur müğənni Ebru Gündəş yenə heyrətləndirib. Cia.az-ın məlumatına görə, bu dəfə müğənni xərclədiyi pullarla gündəmə gəlib. Məlumata görə, müğənni əri, iş adamı Rza Zərrabla gecə saat 23:00-da alış veriş mərkəzlərindən birinə gedib. O, bağlı olan lüks mağazalardan birini gecəliklə açdırıb və alış veriş edib. Son zamanlar alış-verişə xərclədiyi külli miqdarda pullarla tanınan müğənni ənənəsini pozmayıb. Belə ki, bir saat mağazada qalan Gündəş yay geyimlərinə 600 min lira (təqribən 233 min manat) xərcləyib. Qeyd edək ki, ifaçı keçən il qış geyimlərinə 400 min lirə (təqribən 156 min manat) xərcləyərək təəccüb doğurmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.