banner
banner

Dünya

Builki “Qara Cümə” sakit keçdi - Fotolar

Builki “Qara Cümə” sakit keçdi

ABŞ-da hər il noyabrın 26-sı təşkil olunan məşhur endirim günü “Black Friday” (“Qara cümə”) alıcı izdihamı ilə məşhurdur.

Cia.az xarici mediaya istinadən xəbər verir ki, bu il ABŞ mağazalarında adət edilən izdiham və alıcılar arasında qarşıdurma yaşanmayıb. Buna isə əsas səbəb olaraq alıcıların koronavirusla bağlı ehtiyat etməsi olub.

Analitiklər “Qara Cümə” günü mağazalarda satışa çıxarılan məhsulların həcminin digər illərə nisbətən az olduğunu vurğulayıb. Bildirilir ki, mağazalar endirim gününə yaxşı hazırlaşa bilməyib. Belə ki, bir çox alıcı mağazalarda istədikləri məhsulu görə bilməyib. Buna səbəb isə mağazaların təchizatla bağlı yaşadığı problemlər olub. 

 

“Adobe Digital Economy Index”in məlumatına görə, ABŞ-da alıcılar axşam 21:00-a qədər 6,6 milyard dollar xərcləyiblər. Lakin həmin gün ümumi xərclərin 8,8 - 9,2 milyard dollar arasında olacağı gözlənilirdi.

 

 

 





 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.