banner
banner

Sosİal

“Azərtütün” özəlləşdirilib

“Azərtütün” özəlləşdirilib

“Tabaterra Leaf” QSC "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

Cia.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, nazirliyin Əmlak Məsələləri Dövlət Xidməti sözügedən investisiya müsabiqəsini oktyabrın 15-də elan edib. Noyabrın 18-də Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə baxıb və qalibi elan edib.

Noyabrın 25-də qalib şirkətlə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat pul köçürməyi, ümumi dəyəri 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.

Müsabiqə qalibi investisiyaları 1 il ərzində yatırmağı, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yeri yaratmağı planlaşdırır.

Beləliklə, dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.