banner
banner

Gündəm

Ramil Usubov veteranlarla görüşdü

Ramil Usubov veteranlarla görüşdü
Faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis .

Nazirliyin mətbuat xidmətindən Cia.az verilən məlumata görə, nazir bu əlamətdar tarixin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib. Müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb. Nazir məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza hər cür diqqət və qayğı göstərildiyini vurğulayıb.

Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də müharibə iştirakçılarına hər zaman həssas və qayğıkeş münasibətini qeyd edən Ramil Usubov DİN rəhbərliyinin polis veteranlarının ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını diqqətə çatdırıb.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə veteranları ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib.

Nazir con illər möhtərəm Prezidentimizin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində böyük quruculuq işlərinin görüldüyünü xatırladıb. Eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. General-polkovnik Ramil Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

İstefada olan milis polkovniki Müseyib İlyasov iştirakçılar adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.